RU

ABŞ və İsrail İranda vacib hədəfi vurdu: Yaralılar var

ain.az bildirir, Turkstan.az portalına istinadən.

Döyüşlər 36-cı günündə yenidən şiddətlənir. ABŞ-İsrail hücumları nəticəsində İranın Xuzistan əyalətində neft-kimya şirkətləri yerləşən sənaye ərazilərinə azı beş nəfər xəsarət alıb.Turkustan.az xəbər verir ki, İranın rəsmi xəbər agentliyi IRNA-nın Xuzistan qubernatorluğuna istinadən verdiyi məlumata görə, ABŞ və İsrail Xuzistan əyalətinin Mahşəhr və Bəndər İmam şəhərlərində neft-kimya zavodlarının yerləşdiyi sənaye zonalarına hücum ediblər.Fəcr, Rical, Əmir Kəbir və Əbu Əli neft-kimya zavodlarını hədəf alan hücumlarda Bəndər İmam neft-kimya zavodunun bəzi hissələrinə ciddi ziyan dəydiyi bildirilib. Hücumlarda ən azı beş nəfərin yaralandığı bildirilib.Tasnim xəbər agentliyi hücumun vurduğu ziyanın miqyasının hələlik bəlli olmadığını bildirib. Ərazidə araşdırmaların davam etdiyi bildirilir.İranda Buşehr Atom Elektrik Stansiyasına ABŞ və İsrail də hücum edib. Hücum zamanı stansiyanın təhlükəsizlik işçiləri həlak olub. Bildirilib ki, partlayışın gücü və düşən qəlpələr stansiyanın bitişik binalarından birinə ziyan vurub.

Aytən Yaşar/ Turkustan.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
3
7
icma.az

4Источники