RU

Azərbaycan Ermənistandan bu məhsulu tələb edib

"Ermənistana 1-2 Azərbaycan mənşəli məhsul gəlib: benzin və dizel yanacağı. Demək olar ki, hər gün Azərbaycandan bizə nəsə gəlir". 

Bakıvaxtı.az xəbər verir ki, bunu Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan bu gün jurnalistlərlə keçirdiyi brifinqdə deyib. 

Onun sözlərinə görə, "Nor Zovk" supermarket şəbəkəsi Azərbaycan ərazisindən irmik idxal etmək üçün müraciət edib: "Başqa bir təşkilat Rusiya kömürünün gətirilməsi üçün müraciət edib, digəri taxıl, o biri isə artıq gübrə gətirir. Bu, artıq çox yayılmış bir hal alıb. Artıq məhsulların siyahısını saya bilməmişəm".

"Ermənistanın Azərbaycana ixrac edə biləcəyi məhsul yoxdurmu?" sualına Papoyan belə cavab verib: "Folqa üçün konkret bir sorğu var idi. Azərbaycan tərəfi konkret bir qiymət istədi və istehsalçımız onu verdi. Onlar dedilər ki, biz filan qalınlıqda folqa ilə maraqlanırıq, bizə deyə bilərsinizmi ki, onu hansı həcmdə, hansı müddətdə və hansı qiymətə təklif edə bilərsiniz? İstehsalçımız həcmi, qiyməti verib, hələ cavab almamışıq". 

Избранный
5
28
bakivaxti.az

10Источники