RU

Mert Hakan Yandaş sərbəst buraxıldı – ARENA.AZ

Qanunsuz mərc oyunları araşdırması çərçivəsində həbs edilmiş “Fənərbağça”nın futbolçusu Mert Hakan Yandaş sərbəst buraxılıb.

Arena.az bu barədə Türkiyə mətbuatına istinadən xəbər verir.

Bildirilir ki, xeyli müddətdir həbsdə olan təcrübəli yarımmüdafiəçi ilk dəfə hakim qarşısına çıxıb. Məhkəmə prosesində futbolçuya dəstək olmaq üçün bir çox həmkarı və bəzi klub rəhbərləri də iştirak ediblər. Məhkəmənin qərarı ilə Mertin həbs qətimkan tədbiri ləğv edilib və o, azadlığa buraxılıb.

Xatırladaq ki, Mert Hakan Yandaş “Fənərbağça”ya 2020-ci ildə “Sivasspor”dan keçib. 31 yaşlı yarımmüdafiəçi İstanbul klubunun heyətində bütövlükdə 143 oyun keçirib, 11 qol və 25 məhsuldar ötürmə müəllifi olub.

Türkiyəli futbolçu əvvəllər “Sivasspor”, “Tire 1922 Spor”, “Menemen Belediyye”, “Oyak Renaultspor”, “Altınordu” kimi klublarda da forma geyinib.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Избранный
3
37
arena.az

10Источники