RU

Bura azərbaycanlılar üçün təkcə şəhər deyil: 15 ay öncəki faciə yerindən reportaj VİDEO

GlobalInfo portalından alınan məlumata görə, ain.az xəbər verir.

Aktau – 2 il əvvələ qədər azərbaycanlılar üçün adi bir şəhər sayılırdı. Lakin 2024-cü il dekabrın 25-də baş vermiş təyyarə qəzası həmin şəhərin mahiyyətini bütünlüklə dəyişdi.

Aktau Qazaxıstanın qərb bölgəsində, Xəzər dənizi sahilində, Mangistau vilayətinin Manqışlak yarımadasında yerləşir və əhalisi təxminən 270 min nəfərdir. Şəhər çoxmillətlidir: qazaxlardan sonra ruslar, azərbaycanlılar, ukraynalılar, ləzgilər, tatarlar, ermənilər, özbəklər, koreyalılar, çeçenlər, qaraqalpaqlar, gürcülər, qırğızlar, almanlar, belaruslar, udinlər və osetinlər burada yaşayır.

Əhali sıralamasında ruslar ikinci, azərbaycanlılar isə üçüncü yerdə qərarlaşıb.

Şəhər kiçik olsa da, Mangistau vilayəti böyükdür və ümumi sahəsi 165,6 min km²-dir.

Globalinfo.az AZAL-ın Bakı-Qroznı reysini həyata keçirən sərnişin təyyarəsinin qəzaya uğradığı yerdən reportaj hazırlayıb. Həmçinin Aktauda yaşayan bir neçə azərbaycanlıdan müsahibə alıb, şəhər barədə, işləri, fəaliyyətləri haqda fikirlərini öyrənib.

Reportajı təqdim edirik:

Zaira Akifqızı

Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
22
50
globalinfo.az

10Источники