Azərbaycanın beş yeniyetmə cüdoçusu Gəncədə keçirilən Avropa Kubokunda finala vəsiqə qazanıb.
"Yeni Sabah" xəbər verir ki, Fərid Rzazadə (50 kq), İbrahim Talıbov, Rza Xəlilli (hər ikisi 55 kq), İlkin Qarayev (66 kq), Fatimə Fərmanzadə (48 kq) həlledici raundda iştirak hüququ əldə ediblər.
Medal qarşılaşmaları günün ikinci yarısında baş tutacaq.
Xatırladaq ki, Avropa Kubokuna aprelin 5-də yekun vurulacaq./Report
Telegram kanalımız