Gəncədə 27 yaşlı gənc yaşadığı evdə ölmüş vəziyyətdə tapılıb.1news.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə Fikrət Əmirov küçəsində baş verib. 1999-cu il təvəllüdlü şəhər sakini Vüqar Sadıxovun meyiti yaşadığı evdən aşkarlanıb. Meyit müayinə olunmaq üçün təhvil verilib.
Faktla bağlı şəhər prokurorluğunda araşdırma aparılır.