RU

Ukrayna Rusiyada 2 zavoda dronlarla zərbə endirdi

Ukrayna ordusu aprelin 4-nə keçən gecə Rusiyanın Tolyatti şəhərində yerləşən iki kimya zavoduna pilotsuz uçuş aparatları ilə zərbə endirib. Nəticədə müəssisələrdə yanğın başlayıb.


Manset.az xəbər verir ki, bu barədə RBK-Ukrayna məlumat yayıb.

    Tolyatti şəhərində hava həyəcanı fonunda partlayışların baş verdiyi bildirilir.

    Məlumata görə, Ukrayna dronları Tolyattikauçuk və KuybyshevAzot zavodlarını hədəfə alıb.

    Hücumu təsdiqləyən Samara vilayətinin qubernatoru Vyaçeslav Fedorişev zərbə nəticəsində bir nəfərin yaralandığını, həmçinin PUA-nın çoxmənzilli yaşayış binasına da zərbə endirdiyini bildirib.

    Избранный
    19
    4
    manset.az

    10Источники