RU

İran Ben-Qurion hava limanını yenidən VURDU

İran silahlı qüvvələrinin İsrailin Ben-Qurion hava limanına hücum həyata keçirdiyi bildirilir.

Redaktor.az xəbər verir ki, bu barədə məlumat İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) istinadən yayılıb. Qeyd olunur ki, genişmiqyaslı hücum bu gün səhər saatlarında pilotsuz uçuş aparatları (PUA) vasitəsilə gerçəkləşdirilib.

Məlumata əsasən, hücum zamanı yeni idarəetmə qülləsi, 1 və 2-ci terminallara aid idarəetmə qüllələri, naviqasiya sistemləri, eləcə də hava limanının daxilində yerləşən anten və radar qurğuları hədəfə alınıb.

SEPAH-ın açıqlamasında vurğulanıb ki, əməliyyatın əsas məqsədi düşmənin hava hərəkətinə nəzarət imkanlarını zəiflətmək, hava əməliyyatlarını iflic etmək, hədəfləmə prosesini pozmaq, həmçinin müşahidə və radioelektron mübarizə sistemlərini sıradan çıxarmaq olub.

Избранный
10
38
redaktor.az

10Источники