RU

Yağışlar gedir qayıdır: Bakını hansı hava şəraiti gözləyir? PROQNOZ

GlobalInfo saytından alınan məlumata görə, ain.az bildirir.

Aprelin 4-ü saat 13:00-a olan hava məlumatına görə, ölkənin bir çox bölgəsində yağıntılı hava şəraiti müşahidə olunur. Şimşək çaxır, dağlıq ərazilərdə isə qar yağıb. Milli Hidrometeorologiya Xidmətindən bildirilib ki, Xınalıq və Şahdağda qar yağıb. Ekspertlər qeyd edir ki, aprelin bu günlərində ölkənin bəzi dağlıq və yüksək ərazilərində qar yağışı müşahidə olunduğuna görə, Bakıda da aprelin qalan günlərində, xüsusilə gecə və səhər saatlarında zəif qar yağışı qeydə alına bilər.

Bu, nə dərəcə doğrudur?

Globalinfo.az-a danışan ekoloq Qorxmaz İbrahimli bildirib ki, bu gün mart-aprel ayına xashava şəraiti davam edir:

“Dağlıq ərazilərə qar yağması normal haldır. Hətta may ayında belə biz dağlıq, dağ ətəklərində, bəzən lap aşağı ətəklərdə qar yağışını görmüşük. Bu faktlar arxiv sənədlərində də mövcuddur. Bugünkü hava şəraitinin kəskin dəyişməsi təbii haldır. Xınalığa və yüksək dağlara, eləcə də Şahdağa qar yağması bir daha göstərir ki, bu, normaldır”.

Qorxmaz İbrahimli

Ekoloq əlavə edib ki, Bakıda da zəif qar yağışı mümkündür:

“Əgər soyuq hava kütləsi daxil olarsa və temperatur kifayət qədər düşərsə, Bakıda da ani olaraq qar yağışı müşahidə oluna bilər. Bunun xüsusilə gecə saatlarında baş verməsi mümkündür. Hələ də Bakıda və ümumiyyətlə ölkəmizdə gecələr havalar soyuq keçir. Ona görə də burada bir proqnoz verməyə ehtiyac yoxdur. Hidrometeoroloqlar bunu hesablayıblarsa, yəqin ki, düzgün hesablayıblar. Burada anormal bir vəziyyət yoxdur. Əgər 10-15, hətta 20 ildən bir təkrarlanan hava şəraiti bu günə dənk gəlibsə, deməli, qar yağması mümkündür”.

Zaira Akifqızı

Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
2
50
globalinfo.az

10Источники