RU

Prezident İlham Əliyevin sözləri görüşə möhrünü vurdu ŞƏRH

Sherg.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Hulusi Kılıç: “Türk Dünyası birliyi region üçün həyati önəm daşıyır”

"“Türk dünyası bizim ailəmizdir, bizim başqa ailəmiz yoxdur". Ali Baş Komandan İlham Əliyev bu sözləri Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlərin Hökumət başçıları/Vitse-prezidentləri ilə görüşündə deyib.

Qeyd edək ki, 2 aprel tarixində TDT-yə üzv və müşahidəçi dövlətlərin Hökumət başçıları/Vitse-prezidentlərinin iclası baş tutub.

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovun ev sahibliyi etdiyi iclasda Türkiyənin Vitse-prezidenti Cevdet Yılmaz, Qazaxıstanın Baş naziri Oljas Bektenov, Qırğızıstan Nazirlər Kabinetinin sədri Adilbek Kasımalıyev, Özbəkistanın Baş naziri Abdulla Aripov, Şimali Kipr Türk Respublikasının Baş naziri Ünal Üstel, Türkmənistanın Nazirlər Kabineti Sədrinin müavini Nökerquli Ataquliyev və Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyev iştirak ediblər". 

Sabiq səfir, İMZA İB Türkiyə Nümayəndəsi, Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun İdarə Heyətinin üzvü Hulusi Kılıç TDT-nin baş tutan görüşü barədə fikirlərini Sherg.az-la bölüşüb:

"Regionumuz müharibənin davam etdiyi və bölgəmizin alov halqası ilə əhatə olunduğu bir vaxtdadadır. Belə bir zamanda mühüm yüksək səviyyəli görüşün Bakıda keçirilməsini türk dünyası böyük məmnuniyyətlə qarşıladı, region ölkələri diqqətlə izlədi. 

İclasın birgə bəyanatında Türk Dünyası Perspektivi-2040 Sənədinin nəzərə alınması ticarətdə qeyri-tarif maneələrini aradan qaldırmağa hədəfləndi. Üzv dövlətlər arasında ticarət dövriyyəsinin artırılması, sənaye sektorunda əməkdaşlığın gücləndirilməsi, eləcə də standartlaşdırma, rəqəmsallaşdırma və yaşıl enerji texnologiyalarının təşviqi əsas prioritetlər kimi vurğulandı. Kənd təsərrüfatı sahəsində əməkdaşlığın genişləndirilməsi, enerji təhlükəsizliyinin gücləndirilməsi, enerji mənbələrinin şaxələndirilməsi və neft, qaz kimi karbohidrogenlərin nəqlində mövcud infrastrukturun səmərəli istifadəsi və inkişafı dəstəkləndi.

Bununla yanaşı, yaşıl enerji layihələrinin inkişafı, enerji səmərəliliyinin artırılması, qabaqcıl təcrübələrin paylaşılması, eləcə də enerji təhlükəsizliyi üçün vacib mineralların əhəmiyyəti qeyd edildi. Nüvə enerjisinin dinc məqsədlərlə istifadəsi üzrə əməkdaşlıq imkanlarının araşdırılması, innovasiya, rəqəmsal transformasiya və süni intellekt sahələrində əməkdaşlığın iqtisadi inkişaf üçün strateji rolu vurğulandı.

Həmçinin kosmik texnologiyalar sahəsində birgə müəssisələrin təşviqi, nəqliyyat koordinasiyasının və rəqəmsal infrastruktur inteqrasiyasının genişləndirilməsi, eləcə də Transxəzər beynəlxalq nəqliyyat dəhlizinin inkişafı istiqamətində əməkdaşlıq ifadə edildi".

Sabiq səfir bildirib ki, TDT-yə üzv dövlətlərin Hökumət başçıları/Vitse-prezidentlərinin qəbul etdiyi qərarların əhəmiyyəti təqdir olunmaqla birgə Ali Baş Komandan Prezident İlham Əliyevin rəsmiləri qəbul edərkən söylədiyi sözləri önə çıxdı:

"Prezidentin 14 fevral 2023-cü il tarixdə Milli Məclisdə andiçmə mərasimində və beynəlxalq tədbirlərdə dediyi əhəmiyyətli açıqlamalar onun türk dünyasına verdiyi dəyəri nümayiş etdirir. Cənab Prezidentin “Türk dünyası bizim ailəmizdir, bizim başqa ailəmiz yoxdur. Bu ailəni gələcəyə aparmaq üçün birgə səylərin göstərilməsi təbii ki, çox önəmlidir” sözləri görüşə möhrünü vurmuşdu.

Prezident İlham Əliyev qeyd edilən görüşdə Türk Dövlətləri Təşkilatının dünya miqyasında böyük nüfuz qazandığını, beynəlxalq mövqeyinin möhkəmləndiyini və müştərək səylərimizlə Türk Dövlətləri Təşkilatının mövqeyinin daha da gücləndirilməli olduğunu bildirdi. O, Türk Dövlətləri Təşkilatının dünyanın aparıcı beynəlxalq təşkilatları arasında yer almalı olduğunu qeyd etmişdi. O, həmçinin dünyada etnik köklərə əsaslanan çox az təşkilatın olduğunu və bunun TDT üçün üstünlük olduğunu qeyd edərək, “etnik köklərimiz bizi birləşdirir” ifadəsini işlətmişdi. Etnik kimlik əsas amildir. Bundan sonra coğrafiyamız və ölkələr arasında çox yaxşı və səmimi münasibətlərin qurulması kimi ortaq məqsədimiz də vacibdir. Prezident İlham Əliyev bu amilləri nəzərə alaraq təşkilatı daha yüksək səviyyələrə qaldırmağın vacibliyini vurğulamışdı. 14 fevral 2023-cü il tarixində andiçmə mərasimində Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatının strateji əhəmiyyətini, əhatə dairəsini və perspektivini belə ifadə edir: “Bizim siyasətimiz Türk Dövlətləri Təşkilatını gücləndirməkdir. Bu, böyük coğrafiyadır, böyük ərazidir, böyük hərbi gücdür, böyük iqtisadiyyatdır, təbii sərvətlərdir, nəqliyyat yollarıdır, gənc əhalidir, artan əhalidir və bir soydan, kökdən olan xalqlardır. Bundan güclü birlik ola bilərmi?".

Müsahibimiz vurğulayıb ki, zati-aliləri Prezident İlham Əliyevin bu sözləri Türk dünyasında böyük əks-səda doğurub:

"Bunlar, xüsusən də gənclərimiz və ümumiyyətlə xalqlarımız arasında maarifləndirmə və onların öz mahiyyətlərini anlamalarına kömək etmək üçün çox vacib mesaj oldu. Hər Zirvə Görüşü və mühüm yüksək səviyyəli görüş Türk dünyası ölkələrinin birliyinin inkişafı və möhkəmləndirilməsi üçün əhəmiyyətli platforma rolunu oynayır və oynayacaq. Nə mutlu Türkəm deyənə!".

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
1
4
sherg.az

4Источники