ain.az, Baku.ws saytına istinadən bildirir.
Aktrisa Nurgül Yeşilçay yeni layihə ilə ekranlara qayıdır.
BAKU.WS xəbər verir ki, onun baş rolunu canlandıracağı "Ömür Usta" serialı ilə bağlı ilk detallar açıqlanıb.
Prodüser şirkəti "Ay Yapım" tərəfindən hazırlanan bu iddialı layihənin ilkin olaraq qış mövsümündə yayımlanması planlaşdırılırdı.
Lakin serialın yeni mövsümə saxlanıldığı və çəkilişlərin yay aylarında başlayacağı bildirilib.
Serialın ssenarisi Çağla Kızılelma tərəfindən qələmə alınıb, rejissorluğunu isə Hilal Saral həyata keçirəcək. Layihənin çəkilişlərinə iyulda başlanılacaq. Sentyabrda isə "NOW" kanalında tamaşaçılara təqdim olunacağı gözlənilir.
"Ömür Usta" serialı çətin həyat yolu olan Ömür adlı qadının hekayəsindən bəhs edir.
Uşaq yaşlarında məcburi evlilik yaşayan və bir gün evdən çıxaraq geri dönməyən Ömür, sonradan təmirçi kimi çalışaraq övladları ilə birlikdə həyat mübarizəsi aparır. Serialda onun həm həyatla, həm də həqiqi sevgi ilə sınağı ekranlaşdırılacaq.
Layihənin güclü heyəti və dramatik süjet xətti ilə yeni mövsümün ən diqqətçəkən işlərindən biri olacaq.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.