RU

Almaniyada kişilər icazə olmadan xaricə gedə bilməyəcəklər

Bakı. Trend:

2026-cı ilin əvvəlindən Almaniyada 17–45 yaş arası kişilərinölkədən üç aydan artıq müddətə çıxışına qoyulan qadağa qüvvəyəminib.

Trend bu barədəAlmaniya KİV-ə istinadən xəbər verir.

Qanuna edilən yenilik uzunmüddətli səfərlərin hamısına şamilolunur — bu, təhsil, iş, hətta səyahət məqsədilə ölkədən çıxışhalları üçün də keçərlidir.

Qeyd olunur ki, bu tədbir daimi əsasda tətbiq edilib və əvvəllərdeyildiyi kimi hərbi təhdid və ya səfərbərlik rejimi ilə bağlıdeyil, sülh dövrünə də aiddir.

Almaniya Müdafiə Nazirliyindən bildiriblər ki, dəyişiklikhakimiyyət orqanlarının çağırışçıların uçotu ilə bağlı dəqiqməlumatlara malik olması zərurəti ilə əlaqədar qəbul edilib.Bununla belə, prosedurun konkret və şəffaf mexanizmi hələ tamtəsdiqlənməyib.

Müvafiq icazəni rəsmiləşdirməyən şəxsləri hansı nəticələringözlədiyi isə hələ məlum deyil.

Qeyd edək ki, dəyişikliklər Almaniya ordusunun sayının 255–270min nəfərə çatdırılmasını nəzərdə tutan genişmiqyaslı hərbiislahatın tərkib hissəsidir.

Məqalədə:
Избранный
26
2
az.trend.az

9Источники