RU

Bakının çoxvektorlu siyasəti yeni geosiyasi xəritə yaradır

Olke.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

“Müasir beynəlxalq münasibətlər sistemi dərin və geri dönüşü çətin olan transformasiya mərhələsinə daxil olub. Şərqi Avropada davam edən Rusiya–Ukrayna müharibəsi, Yaxın Şərqdə İran ətrafında genişlənən gərginlik, enerji marşrutları uğrunda rəqabət, Qırmızı dəniz və Körfəz hövzəsində təhlükəsizlik risklərinin artması ənənəvi təhlükəsizlik institutlarının effektivliyini ciddi şəkildə zəiflədib. Bu reallıq artıq dövlətləri yalnız milli müdafiə mexanizmlərini deyil, həm də regional kollektiv təhlükəsizlik platformalarını yenidən dizayn etməyə sövq edir”.Bunu Ölkə.az-a açıqlamasında deputat Aydın Hüseynov deyib.Deputat bildirib ki, məhz belə mürəkkəb geosiyasi şəraitdə Azərbaycan özünü sadəcə milli maraqlarını qoruyan dövlət kimi deyil, Cənubi Qafqazdan Mərkəzi Asiyaya qədər uzanan geniş coğrafiyada yeni təhlükəsizlik arxitekturasının siyasi memarı kimi təqdim edir: “Bakı son illərdə həyata keçirdiyi çoxvektorlu, balanslaşdırılmış və strateji uzaqgörən diplomatiya ilə Türk dünyasının təhlükəsizlik fəlsəfəsinin siyasi nüvəsini formalaşdırmağa başlayıb.Türk Dövlətləri Təşkilatında təhlükəsizlik əməkdaşlığının artıq rəsmi prioritetə çevrilməsi, 2022-dən etibarən milli təhlükəsizlik şuraları katibləri səviyyəsində məsləhətləşmələrin keçirilməsi və “2040 Baxışı” sənədində bu xəttin ayrıca yer alması Azərbaycanın təşəbbüslərinin institusional müstəviyə keçdiyini göstərir. Qlobal və regional geosiyasi proseslər fonunda Azərbaycanı yeni təhlükəsizlik konfiqurasiyasının əsas oyunçusuna çevirir”.O əlavə edib ki, 2020-ci ildən sonra yaranan yeni geosiyasi reallıq Azərbaycanın regional rolunu keyfiyyətcə dəyişdi: “Bakı təkcə ərazi bütövlüyünü təmin edən dövlət deyil, eyni zamanda sülh və təhlükəsizlik gündəliyini formalaşdıran əsas siyasi mərkəzə çevrildi.

Məhz bu mərhələdən sonra Azərbaycanın təhlükəsizlik siyasətində dörd əsas xətt ön plana çıxdı:onşu dövlətlərin suverenliyinə hörmət; qarşılıqlı iqtisadi asılılığın artırılması; enerji və nəqliyyat dəhlizləri üzərindən siyasi sabitliyin möhkəmləndirilməsi; Türk dünyasının vahid geosiyasi platformaya çevrilməsi. Bu yanaşma klassik “güc siyasəti” ilə “inteqrasiya siyasəti”nin sintezidir və regionda Bakı modelini fərqləndirən əsas xüsusiyyətdir.Mövcud geosiyasi dinamika göstərir ki, Azərbaycan artıq yalnız öz sərhədlərini qoruyan dövlət deyil. Bakı Türk dünyasının kollektiv təhlükəsizlik düşüncəsini siyasi institutlara çevirən başlıca strateji mərkəzə yüksəlir.Azərbaycanın çoxvektorlu diplomatiyası, Türkiyə ilə müttəfiqlik modeli, Mərkəzi Asiya ilə dərinləşən inteqrasiya yaxın illərdə Avrasiyada yeni siyasi-iqtisadi güc oxunun formalaşmasına gətirib çıxara bilər”.Mürtəza

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
1
4
olke.az

7Источники