RU

ABŞ dakı Alkatraz həbsxanası yenidən qurulacaq

Ayna portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Tramp həbsxananın yenidən qurulması üçün Konqresdən 152 milyon dollar istəyir

ABŞ Prezidenti Donald Tramp San-Fransisko körfəzindəki Alkatraz adasındakı maksimum təhlükəsizlikli həbsxananın bərpası üçün 2027-ci il büdcə təklifinin bir hissəsi olaraq Konqresdən 152 milyon dollar istəyib. AYNA.AZ xəbər verir ki, bu barədə “The New York Times” (NYT) sənədə istinadən məlumat yayıb.

NYT-nin məlumatına görə, büdcə təklifinə Alkatrazı da əhatə edən "qocalmış həbsxanaların" modernləşdirilməsi planının daxil edilməsi Prezident Tramp tərəfindən ilk dəfə 2025-ci ildə irəli sürülən ideyanın həyata keçirilməsi istiqamətində ən konkret addımdır.

Lakin ABŞ Prezidentinin istəyi çətinliklərlə qarşılaşır. Qəzet qeyd edir ki, Alkatraz məşhur turizm məkanıdır. Bundan əlavə, 60 ildən çoxdur boş qalan həbsxananın infrastrukturu bərbad vəziyyətdədir.

NYT-nin məlumatına görə, San-Fransisko Şəhər Bələdiyyəsi müəssisənin həbsxana statusunun bərpasını "mənasız" hesab edir.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
75
ayna.az

1Источники