RU

Polad Ələmdar "Yeraltı" dizisinə gəlir? – yeni iddialar gündəmdə

Son dövrlərdə tamaşaçı marağını sürətlə artıran “Yeraltı” serialı ətrafında yeni və sensasion iddialar yayılıb.

Belə ki, serialın son bölümlərində məşhur “Kurtlar Vadisi” layihəsinə edilən açıq göndərmələr sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

Musavat.com xəbər verir ki, xüsusilə də Polat Alemdar obrazının yenidən ekranlara qayıdacağı ilə bağlı şayiələr daha da güclənib.

İddialara görə, əgər Necati Şaşmaz yenidən bu obrazla layihəyə qoşularsa, o, serialda Haydar Alinin dayısı rolunda çıxış edə bilər. Bu isə “Yeraltı” serialının süjet xəttinə ciddi təsir göstərə biləcək bir dönüş kimi qiymətləndirilir.

Hazırda bu məlumatlar rəsmi şəkildə təsdiqlənməsə də, tamaşaçılar arasında böyük maraq və gözlənti formalaşıb. Sosial mediada aparılan müzakirələr göstərir ki, Polat Alemdarın mümkün qayıdışı serialın reytinqlərini daha da yüksəldə bilər.

Qeyd edək ki, “Yeraltı” serialı artıq kriminal dram janrında yeni fenomen kimi təqdim olunur və “Kurtlar Vadisi” ruhunu hiss etdirən elementlərlə diqqət çəkir.

Musavat.com

Избранный
27
10
musavat.com

10Источники