RU

"Uşaqlar evə qayıtdıqdan sonra azyaşlı qızın alnında iz olub"

Sumqayıtda dəm qazından zəhərlənən 6 uşaqdan biri həyatını itirib.

Metbuat.az xəbər verir ki, uşaqların atası Kamil Cəbrayılov deyib ki, müalicədən sonra övladlarının vəziyyətini qənaətbəxş hesab etdiyi üçün öz istəyi ilə onları xəstəxanadan evə aparıb.

O, gecə ərzində hər hansı ciddi problem müşahidə etmədiyini düşünüb. Ancaq səhər saatlarında uşaqların yenidən halsızlaşaraq yerə yıxıldığını görüb. Daha sonra ailə üçün ən ağır xəbər gəlib. Ata bildirib ki, səhər saatlarında 2 yaşlı qızı Gülcənnət Cəbrayılova həyatını itirib.

Hadisə ilə bağlı danışan qonşu, uşaqlara ilk tibbi yardım göstərən Əlvanə Şeydabayeva isə fərqli məqamlara diqqət çəkib. Onun sözlərinə görə, uşaqlar evə qayıtdıqdan sonra azyaşlı qızın alnında iz olub. Qadın həmçinin uşağın qızdırmalı olduğunu gördüyünü və bu barədə anasına məlumat verdiyini bildirib.

Daha ətraflı videosüjetdə:


Избранный
14
13
metbuat.az

10Источники