RU

İran ABŞ nin bazalarına PUA larla hücum edib

ain.az xəbər verir, Demokrat.az saytına əsaslanaraq.

İran Ordusu ABŞ-nin regiondakı hərbi bazalarına pilotsuz uçuş aparatları (PUA) ilə hücum edib.Demokrat.az xəbər verir ki, bu barədə İran İslam İnqilabı Korpusunun (SEPAH) 55 nömrəli bəyanatında qeyd olunub."ABŞ Ordusunun bölgədəki raket və döyüş PUA-larını aşkarlayan radar sistemi, Birləşmiş Ərəb Əmirliklərindəki (BƏƏ) alüminium zavodu, eləcə də ABŞ-nin Küveytdəki mexanikləşdirilmiş, zirehli və helikopter taborlarının komandanlıq qərargahı "Arash 2" dronlarının hədəfinə çevirilib", - bəyanatda vurğulanıb.Bildirilib ki, İran ABŞ-nin bölgədəki bazalarına hücumları davam etdirəcək.Qeyd edək ki, SEPAH-ın 55 nömrəli bəyanatında ABŞ-nin iki helikopterini zərərsizləşdirən tayfalara təşəkkür də yer alıb.Xatırladaq ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı birgə hərbi əməliyyata başlayıb. Buna cavab olaraq İran İsrail ərazisinə raket zərbələri endirib. Bundan əlavə, İran qüvvələri Fars körfəzi ölkələrindəki Amerika hərbi bazalarına hücum edib. Yaxın Şərqdəki vəziyyətlə əlaqədar regionun bir sıra ölkələri öz hava məkanını müvəqqəti olaraq bağlayıb. Elə həmin gün İranın Ali rəhbəri Əli Xamenei ABŞ və İsrailin hücumları nəticəsində öldürülüb.Demokrat.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
20
50
demokrat.az

10Источники