RU

130 minlik maaşı buraxdı: “Rahatlıq puldan vacibdir”

ABŞ-də maraqlı həyat hekayəsi diqqət çəkir.

Musavat.com xəbər verir ki, 38 yaşlı Tabbi Toni uzun illər proqram mühəndisi kimi çalışaraq ildə 130 min dollar qazanıb.

Lakin ötən ilin mayında işdən çıxarıldıqdan sonra o, İT sahəsinə qayıtmaq istəmədiyini anlayıb. Onun sözlərinə görə, süni intellektin sürətli inkişafı bu sahədə sabitlik hissini zəiflədib və gələcək qorxusunu artırıb.

Tabbi uşaqlıqdan maraq duyduğu qaynaqçılığa üz tutub. Cəmi 5 ay davam edən kurs keçib, təqaüd qazanıb və qısa müddətdə yeni iş tapıb.

Hazırda o, qaynaqçı kimi çalışır — həftədə 3 gün, gündə 12 saat işləyir və illik 52 min dollar qazanır. Bu, əvvəlki gəlirindən xeyli az olsa da, onun sözlərinə görə, həyat keyfiyyəti əhəmiyyətli dərəcədə artıb.

“Artıq ixtisar qorxusu ilə yaşamıram. Bu dəyişimin ən rahatladıcı tərəfi də məhz budur”, – deyə o bildirib.

Musavat.com

Избранный
41
20
musavat.com

10Источники