RU

"Atletiko Madrid" meydanda "Barselona" ilə bacarmadı

İspaniya La Liqasının 30-cu turunda "Atletiko Madrid" "Barselona"nı qəbul edib.

"Unikal" xəbər verir ki, görüş hazırkı lider "Barselona"nın 1:2 hesablı qələbəsi ilə başa çatıb.

Matçda ilk qolu "Atletiko"nun hücumçusu Culiano Simeone 39-cu dəqiqədə vurub. Markus Reşford 42-ci dəqiqədə hesabı bərabərləşdirib. Polşalı hücumçu Robert Levandovski 87-ci dəqiqədə oyunda son nöqtəni qoyub.

30 turdan sonra "Barselona" 76 xal toplayaraq turnir cədvəlinə liderlik edir və ikinci yerdə olan "Real Madrid"i yeddi xal qabaqlayır. "Atletiko" 57 xalla dördüncüdür.

Избранный
14
22
unikal.az

10Источники