RU

İran növbəti dəfə hədələdi: Sizin üçün cəhənnəmə çevriləcək

ain.az, Axar.az portalına istinadən məlumat verir.

Hər hansı yeni eskalasiya regionda ciddi nəticələrə səbəb olacaq.

Axar.az xəbər verir ki, bu barədə İran Silahlı Qüvvələrinin “Xatəm əl-Ənbiya” Mərkəzi Qərargahının nümayəndəsi İbrahim Zülfüqari ABŞ Prezidenti Donald Trampın İranın 48 saatı qaldığına dair sözlərini şərh edərkən bildirib.

“Unutmayın ki, aqressiya genişlənərsə, bütün region sizin üçün cəhənnəmə çevriləcək. İran üzərində qələbə illüziyası sizi boğulacağınız bataqlığa aparacaq”, – o vurğulayıb.

Qeyd edək ki, bundan əvvəl də İ.Zülfüqari İran səfirliklərinə və ya diplomatik mərkəzlərinə qarşı hər hansı bir təcavüz halında bölgədəki bütün İsrail səfirliklərinin qanuni hədəf elan ediləcəyini bəyan edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
23
50
axar.az

10Источники