RU

Abbas Əraqçinin MƏKTUBU bombardman olunan nüvə obyektlərinin siyahısı açıqlandı

Sia Az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

İranın xarici işlər naziri Abbas Əraqçi BMT-nin Baş katibi Antonio Quterreş, Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) baş direktoru Rafael Qrossi və təşkilatın Təhlükəsizlik Şurasına (TŞ) məktub göndərib. A. Əraqçi bu barədə özünün "Telegram" kanalında yazıb.

SİTAT: "Buşehr nüvə elektrik stansiyasına qarşı davam edən hücumlar regionu ciddi radioaktiv çirklənmə təhlükəsi qarşısında qoyur və bu addım cavabsız qalmamalıdır" o bildirib və əlavə edib ki, İranın dinc məqsədlərlə fəaliyyət göstərən nüvə obyektləri bombardman olunub:

"1 martda Natanz nüvə obyekti iki dəfə hücuma məruz qalıb. 17 martda Buşehr nüvə stansiyasından cəmi 350 metr aralıda yerləşən bir tikiliyə hücum edilib. 21 martda Natanz nüvə obyektinin bir neçə nöqtəsi bombardman olunub. 24 martda Buşehr nüvə stansiyasının ətrafına bir mərmi düşüb. 27 martda Buşehr nüvə stansiyası üçüncü dəfə hücuma məruz qalıb. 27 martda Xondabdakı ağır su istehsalı zavoduna zərbələr endirilib. Həmin gün uran emalı obyekti də atəşə tutulub. Buşehr nüvə stansiyasına təkrar hücumlar İranı narahat edir. Bu hücumların aktiv nüvə obyektinə yaxınlığı ciddi radioloji yayılma təhlükəsi yaradır".

Mətləb

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
38
43
sia.az

10Источники