RU

ABŞ-də naməlum şəxs avtomobili izdihamın üzərinə sürüb, 15 nəfər xəsarət alıb

Bakı, 5 aprel, AZƏRTAC

ABŞ-nin Luiziana ştatında naməlum şəxs idarə etdiyi avtomobili izdihamın üzərinə sürüb.

AZƏRTAC “Reuters”ə istinadən xəbər verir ki, hadisə Laos Yeni ili ilə bağlı təşkil olunan festival zamanı baş verib. İnsident nəticəsində 15 nəfər xəsarət alıb. Onlardan13-ü xəstəxanaya yerləşdirilib.

Xoşagəlməz hadisə səbəbindən planlaşdırılan tədbirlər ləğv edilib.

Hadisəni törətməkdə şübhəli bilinən şəxs saxlanılıb. Onun avtomobili hansı səbəbdən izdihamın üzərinə sürdüyü hələ məlum deyil.

Избранный
3
18
azertag.az

10Источники