RU

İran Trampın ultimatumuna belə cavab verdi: Bölgə dəhşətli qan çanağına dönəcək

İran  ABŞ prezidenti Donald Trampın verdiyi 48 saat müddətin bitməsini gözləmədən Yaxın Şərqdə elektrik stansiyaları və sutəmizləyici qurğulara hücumlara başlayıb.

Musavat.com xəbər verir ki, ilk zərbələr Küveytin iki elektrik stansiyası və duzsuzlaşdırma qurğusuna endirilib. Əmirliyin Elektrik, Su və Bərpa Olunan Enerji Nazirliyinin X hesabında açıqlanan məlumatına görə, hər üç obyektə ciddi zərər dəyib: "İki elektrik stansiyası və duzsuzlaşdırma qurğusu İran pilotsuz təyyarələri tərəfindən hücuma məruz qalıb. Hücum nəticəsində stansiyalara ciddi maddi ziyan dəyib və onların iki enerji bloku sıradan çıxıb".

Küveyt nazirliyi əlavə edib ki, hücumda insan itkisi olmayıb və təcili yardım xidmətləri artıq əmirlikdə sabit və fasiləsiz enerji təchizatını qorumaq üçün çalışır.

Qeyd edək ki, İranın bu addımı faktiki olaraq münaqişəni ən kəskin mərhələsinin başlanması deməkdir. Bu, həm də ABŞ və İsrailin növbəti hədəflərinin İrandakı analoji qurğular olacağından xəbər verir.

Musavat.com

Избранный
9
50
musavat.com

10Источники