RU

ABŞ-ın xüsusi təyinatlı qüvvələri İranda qırıcı təyyarənin 2-ci ekipaj üzvünü də xilas etdi

ABŞ-ın xüsusi təyinatlı qüvvələri İran ərazisi üzərində vurulan F-15 qırıcı təyyarəsinin ikinci ekipaj üzvünü də xilas edib.

Bizim.Media xəbər verir ki, bu barədə “Axios” informasiya agentliyi məlumat yayıb.

Bildirilib ki, xüsusi təyinatlı qüvvələrə ABŞ aviasiyası dəstək verib. Əməliyyat tamamlandıqdan sonra onlar İran ərazisini tərk ediblər.

Qeyd edək ki, F-15 qırıcı təyyarəsinin digər ekipaj üzvü aprelin 3-də xilas edilib.


Bizim.Media

Избранный
28
19
bizim.media

10Источники