Bu gün futbol üzrə Misli Premyer Liqasında XXVI tura start veriləcək.
Bizim.Media xəbər verir ki, ilk oyun günündə 2 qarşılaşma keçiriləcək.
Günün ilk matçında “Kəpəz” “Qəbələ”ni sınağa çəkəcək. Yevlax şəhər stadionunda oynanılacaq qarşılaşma saat 15:30-da başlayacaq. Hazırda “Kəpəz” 21 xalla 10-cu, “Qəbələ” 16 xalla 11-cidir.
Digər oyun isə Sumqayıtda şəhərin eyniadlı təmsilçisi ilə “Neftçi” arasında reallaşacaq. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək görüş saat 18:00-da start götürəcək.
Turnir cədvəlində Bakı klubu 37 xalla 6-cı, “gənclik şəhəri” təmsilçisi isə 32 xalla 7-ci sırada yer alıb.
Qeyd edək ki, turun digər matçları aprelin 6-7-də keçiriləcək.
Bizim.Media