İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ölkənin cənubundakı İsfahan bölgəsində ABŞ-yə məxsus hava nəqliyyat vasitəsini vurduğunu bəyan edib.
Publika.az xəbər verir ki, bu barədə "Fars" xəbər agentliyi məlumat yayıb.
Məlumata görə, vurulan təyyarə bölgədə itkin düşmüş amerikalı zabitin axtarışlarını həyata keçirirmiş.
İran tərəfinin bu iddiası ABŞ Prezidenti Donald Trampın bəyanatı ilə eyni vaxta təsadüf edib. Xatırladaq ki, Tramp bir qədər əvvəl itkin düşmüş ekipaj üzvünün uğurlu əməliyyat nəticəsində xilas edildiyini elan etmişdi.