Misli Premyer Liqasında XXI tura bu gün start veriləcək.

Offsideplus.az xəbər verir ki, açılış matçında "Kəpəz" Yevlaxda "Qəbələ"ni qəbul edəcək.

Bu qarşılaşma Premyer Liqada qalmaq üçün böyük önəm kəsb edir.

"Kəpəz" 21 xalla 10-cu, "Qəbələ" isə 16 xalla 11-ci yerin sahibidir.

Misli Premyer Liqası, XXVI tur

5 aprel (bazar)

15:30 “Kəpəz”– “Qəbələ”

Hakimlər: Vüqar Həsənli, Elşad Abdullayev, Zöhrab Abbasov, Kamran Əliyev

VAR: Elvin Bayramov

AVAR: İnqilab Məmmədov

Hakim-inspektor: İmanxan Sultani

AFFA nümayəndəsi: Məmmədəli Məmmədov

Yevlax şəhər stadionu