RU

Almaniyada xaricə gedən kişilərdən icazə tələb oluna bilər

Bakı, 5 aprel, AZƏRTAC

Almaniyada qanuna edilən yeni dəyişikliklərə əsasən, 17-45 yaş arası kişilər xaricdə uzun müddət qalmaq üçün icazə tələb oluna bilər.

AZƏRTAC BBC-yə istinadən xəbər verir ki, bu qərar Rusiya-Ukrayna müharibəsindən sonra ölkənin müdafiə qabiliyyətini gücləndirməyi hədəfləyir.

Dəyişikliyə əsasən, 17 yaşdan başlayaraq ölkə vətəndaşı olan kişilər 3 aydan çox xaricdə qalmaq üçün əvvəlcədən icazə almalıdırlar.

Müdafiə nazirliyinin sözçüsü bildirib ki, bu tənzimləmə "etibarlı hərbi qeydiyyat sistemini təmin etmək" məqsədi daşıyır və fövqəladə hallar zamanı kimin xaricdə uzun müddət qala biləcəyini müəyyənləşdirir.

Избранный
55
azertag.az

1Источники