RU

Nəticə haqda soruşmağa ehtiyac yoxdur Slot 0:4 haqda

ain.az xəbər verir, Qol.az saytına əsaslanaraq.

"Nəticə haqda soruşmağa ehtiyac yoxdur" - Slot 0:4 haqda

"Liverpul" İngiltərə kubokunun 1/4 final mərhələsində "Mançester Siti"yə 0:4 hesabı ilə uduzub.

QOL.az xəbər verir ki. komandanın baş məşqçisi Arne Slot görüşdən sonra ağır məğlubiyyəti şərh edib. O, belə hesabla uduzmağın çox üzücü olduğunu deyib:

“Düşünmürəm ki, məndən nəticə haqqında soruşmağa ehtiyac var. Çünki hesab özü hər şeyi göstərir. Bu, inanılmaz dərəcədə üzücüdür. İngiltərə kubokunun 1/4  finalında “Liverpul”un dəfələrlə qarşılaşdığı və tez-tez qalib gəldiyi komandaya 0:4 hesabı ilə uduzmaq, əlbəttə ki, böyük məyusluqdur. 20 dəqiqə ərzində dörd qol buraxmaq bizim üslubumuza uyğun deyil”.

Xatırladaq ki, İngiltərə kubokunda 1/4 final bir oyundan ibarət olduğundan yarımfinala "Mançester Siti" yüksəlib. "Çelsi" və "Sauthemton" da yarımfinaldadır. Final uğrunda mübarizə aparacaq 4-cü komanda bu gün - "Vest Hem" - "Lids" matçından sonra bəlli olacaq.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
9
2
qol.az

3Источники