RU

Abşeronda ekoloji özbaşınalıq: Duzlu gölün ətrafında ağaclar qırılır, evlər tikilir – VİDEO

Abşeron rayonunda, Duzlu gölün mühafizə zolağında yerləşən yaşıllıq sahələrinin kütləvi şəkildə məhv edilməsi ilə bağlı sosial şəbəkələrdə görüntülər yayılıb. Sakinlər tərəfindən paylaşılan kadrlarda onlarla ağacın qanunsuz olaraq kəsildiyi və həmin ərazidə sürətlə yaşayış evlərinin inşa edildiyi aydın görünür.

NOCOMMENT.az xəbər verir ki, gölün ekoloji balansını qoruyan ağacların kəsilməsi və yerində bünövrələrin tökülməsi qısa müddət ərzində baş verib. Ərazidə aparılan tikinti işlərinin hansı icazə sənədləri əsasında həyata keçirildiyi isə hələ də qaranlıq qalır.

Sakinlər bildirirlər ki, baş verən qanunsuzluqla bağlı aidiyyəti qurumlara, xüsusilə Abşeron Rayon İcra Hakimiyyətinə dəfələrlə müraciət edilsə də, indiyədək heç bir tədbir görülməyib. İcra strukturunun bu ekoloji cinayətə qarşı susqunluğu və müdaxilə etməməsi sosial şəbəkə istifadəçilərinin ciddi narazılığına səbəb olub.

Vətəndaşlar Ekologiya və Təbii Sərvətlər Nazirliyini və müvafiq hüquq-mühafizə orqanlarını məsələyə dərhal müdaxilə etməyə, ağacları qıran və qanunsuz tikinti aparan şəxslərin məsuliyyətə cəlb olunmasını təmin etməyə çağırırlar. Hazırda göl ətrafındakı tikinti işlərinin dayandırılmaması ərazidəki yaşıllıq zolağının tamamilə yox olması təhlükəsini yaradır.

Aliyə,
NOCOMMENT.az

Избранный
64
nocomment.az

1Источники