RU

“Onlar cəzalandırılacaq, mənə böyük zərbə vurdular, 30 ildir imkan vermirlər bu filmi çəkim, ikisi üçü hələ yaşayır” FOTO+ÖZƏL

Moderator.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

“Mən senarini işləyəndə biləvasitə aktyorların özlərinə işləyirəm. Mən “Şah İsmayıl Xətai” çoxseriyalı filmindəki obrazları da Rasim Balayev, Həsən Məmmədov, Həsən Turabov, Məlik Dadaşov, Ceyhun Mirzəyev, Rafiq Əzimov üçün nəzərdə tutub işləmişdim. Bu elə-belə senari deyil. Mən Xətai haqqında çox geniş tədqiqat işi aparıb böyük bir senari hazırlamışam. Şah İsmayıldan başqa bütün obrazlar üçün 1-2 namizədim var idi. Təkcə Şah İsmayıl Xətai obrazı mənim senarimdə işlənilməmişdi. Çünki o 3 yaş dövründə idi. Uşaqlıq, yetkin və hakimiyyət illəri. Ona görə də Şah İsmayılın 1-ci seriyası üçün uşaq obrazının axtarışlarına başlayırdım. Bunu edəndən sonra ikinci seriya üçün yetkinlik illəri, 3-cü seriya üçün isə hakimiyyətdə olduğu illərin obrazlarını axtaracaqdım. Artıq axtarışlar başlamışdı, sifarişlər verilirdi, kostyumlar hazırlanırdı, çox təəssüflər olsun ki, bu gün də mənə bəlli olmayan səbəblərdən çəkilişlər dayandırıldı”.

Bunu Moderator.az-a açıqlamasında xalq artisti Əbdül Mahmudbəyov deyib.

O daha sonra dövlət əhəmiyyətli filmin çəkilişlərinin dayandırılmasını milli kinomuza böyük zərbə kimi qiymətləndirib:

“Bu biləvasitə Ulu Öndər, Ümummilli lider Heydər Əliyevin xüsusi sifarişi ilə hazırlanırdı. Ulu Öndər fikirlərini də belə əsaslandırırdı ki, bu qədər şair olan insanlar var. Niyə məhz Şah İsmayıl Xətai?! O deyirdi ki, “biz müstəqil dövlət qurmuşuq, neftin iyinə gələn böyük dövlətlər olacaq. Mən onların qabağında aciz qalmayım və bildirim ki, bizim dövlətimizin tarixi nə vaxtdan başlayır. Bizim dövlətin min illərə söykənir. Bu film bir sübut kimi lazımdır”. Mənə məlum olmayan səbəblər üzündən çəkilişlər 30 ildir dayandırılıb. Bunun dayandırılma səbəbi əlbəttə ki, araşdırılacaq, bununla məşğul olacaqlar. Mənim senarim əlimdədir və mən onu sağlıq durumlarım imkan versə davam etdirəcəm. Bu çəkilişlərə mane olan insanlardan iki-üçü yaşayır. Onlar vaxtilə Azərbaycan kinosuna böyük zərbələr vurublar. Ümid edirəm və inanıram ki, o şəxslər cəzalandırılacaq. 30 ildir senari əlimdə qalıb və mənə bu filmi çəkməyə imkan verməyən qüvvələr var” deyə sənətkar bildirib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
16
1
moderator.az

2Источники