RU

Kağız paketlərin ixtiraçısı: Marqaret Naytın hekayəsi

BAKI, 5 aprel. TELEQRAF

Gündəlik həyatımızda tez-tez istifadə etdiyimiz kağız paketlərin yaranmasının arxasında bir qadın ixtiraçının adı dayanır. Marqaret Eloiz Nayt tarixdə ən məşhur qadın ixtiraçılardan biri hesab olunur.

Teleqraf xəbər verir ki, Marqaret Eloiz Nayt 1838-ci ildə ABŞ-də anadan olub.

O, gənc yaşlarından mexaniki qurğulara və müxtəlif ixtiralara böyük maraq göstərib.Nayt kağızı avtomatik şəkildə kəsən, qatlayan və yapışdıraraq düz dibli kağız paketlər hazırlayan xüsusi maşın ixtira edib. Bu ixtira sayəsində kağız paketlər daha möhkəm və istifadə üçün daha rahat hala gəlib.Onun hazırladığı layihəni bir kişi mənimsəməyə çalışsa da, məhkəmə zamanı Nayt öz rəsmləri və hazırladığı modellərlə ixtiranın ona məxsus olduğunu sübut edib və 1871-ci ildə patent alıb.Marqaret Eloiz Nayt həyatının böyük hissəsini yeni ixtiralar üzərində işləməyə həsr edib və ümumilikdə 26-dan çox patent əldə edib. Bu səbəbdən o, tarixdə ən məhsuldar qadın ixtiraçılardan biri kimi tanınır.

Qeyd edək ki, Marqaret Eloiz Nayt (Margaret Eloise Knight) “kağız paketlərin anası” kimi tanınır və onun icad etdiyi mexanizm bu gün istifadə olunan kağız paketlərin hazırlanmasının əsasını təşkil edir.

Избранный
18
teleqraf.com

1Источники