RU

Yevlaxda azyaşlını cərəyan vurdu

Yevlaxda azyaşlı uşaq bədbəxt hadisə nəticəsində xəsarət alıb.

“Unikal”ın ilkin məlumatına görə, hadisə Dəmiryolu vağzalının hüdudlarında baş verib. Bildirilir ki, azyaşlı dayanıqlı vəziyyətdə olan yük vaqonunun üzərinə qalxıb. Bu zaman onu cərəyan vurub.

Ağır xəsarət alan uşaq dərhal xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma başlanılıb.

Ehtiram Muradov

Избранный
64
1
unikal.az

10Источники