Samuxda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
“Azreform.info ” xəbər verir ki, minik maşını 1974-cü il təvəllüdlü Gədəbəy rayon sakini Əjdər Ələsgərovu vurub.
O xəstəxanaya çatdırılsa da, həkiməqədərki ölüm faktı qeydə alınıb.
Faktla bağlı araşdırma başlanılıb.