Bakı. Trend:
Son günlər yağan intensiv yağışlardan sonra Badamdar yamacındasürüşmə sahəsində yaranmış aktivliklə əlaqədar Badamdar-20-ci Sahəavtomobil yolunda nəqliyyatın hərəkəti dayandırılıb, əraziyəmüvafiq qurumların əməkdaşları cəlb olunub.
Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə,aprelin 5-i səhər saatlarında fövqəladə hallar nazirigeneral-polkovnik Kəmaləddin Heydərov əraziyə gəlib.
Nazir yaranmış vəziyyətlə yerində tanış olub, məsələ ilə bağlımüvafiq qurumların rəsmiləri və mütəxəssislərlə fikir mübadiləsiaparıb, təklifləri dinləyib və aidiyyəti üzrə tapşırıqlarverib.