RU

Tibbi sığortada zərər artıb, yığım azalıb

Azərbaycanda könüll tibbi sığorta üzrə yığımlar və ödənişlərin həcmi açıqlanıb.

FED.az biznes və maliyyə xəbərləri portalı Mərkəzi Banka istinadən xəbər verir ki, 2026-cı ilin yanvar-fevral ayları ərzində könüllü tibbi sığorta üzrə 65 milyon 766 min manat sığorta haqqı toplanıb.

Bu əvvəlki ilin eyni dövrünə nisbətən 2 milyon 182 min manat və ya 3,2% azdır. Çünki 2025-ci ilin eyni dövründə bu göstərici 67 milyon 948 min manat təşkil etmişdi. Yığımlar azalsa da, tibbi sığorta üzrə ödənişlərdə artım baş verib.

İlin ilk 2 ayında bu sığorta üzrə ödənişlər 13 milyon 879 min manat təşkil edib ki, bu da illik müqayisədə 2 milyon 393 min manat və ya 20,8% çoxdur. Ötən ilin eyni dövründə 11 milyon 486 min manat sığorta ödənişləri edilmişdi. Nəticədə tibbi sığortanın şərti zərərliliyi də yüksəlib.

Belə ki, 2025-ci ilin ilk 2 ayında zərərlilik 16,9% olduğu halda, indi bu rəqəm 21,1%-ə yüksəlib.

Başqa sözlə, ötən ilə tibbi sığortadan toplanan hər 6 manatdan 1 manatı müştərilərə ödənilirdisə, indi 5 manatdan 1 manatı ödəniş edilir.

AzPost.az

Избранный
13
azpost.info

1Источники