RU

Azyaşlı uşağı cərəyan vurdu

Yevlaxda azyaşlı uşağı cərəyan vurub.

Publika.az xəbər verir ki, ilkin məlumata görə hadisə dəmir yolu vağzalı ərazisində qeydə alınıb. 2010-cu il təvəllüdlü Ramil Quluzadə dayanmış vəziyyətdə olan yük vaqonunun üzərinə çıxıb və bu zaman onu yüksək gərginlikli elektrik cərəyanı vurub.

Ağır vəziyyətdə olan azyaşlı dərhal xəstəxanaya çatdırılıb. Hazırda həkimlər onun həyatını xilas etmək üçün zəruri tədbirlər görürlər.

Избранный
2
1
publika.az

2Источники