RU

Levandovski Barselona da qol sayına görə Stoiçkovu geridə qoyub

Cebheinfo portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

"Barselona"nın hücumçusu Robert Levandovski La Liqanın 30-cu turunda "Atletiko Madrid"ə qarşı oyunda adını tabloya yazıdırıb.

"Cebheinfo.az" "Report"-a istinadən xəbər verir ki, polşalı futbolçu 87-ci dəqiqədə qol vuraraq komandasına 2-1 hesablı qələbə qazandırıb.

Levandovski hazırda "Barselona"nın heyətində 118 qol vurub. Bunun sayəsində polşalı hücumçu Kataloniya klubunun tarixində qol sayına görə 11-ci yerə yüksələrək Xristo Stoiçkovu geridə qoyub.

Qeyd etmək lazımdır ki, Levandovski 185 oyunda 118 qol vurub, Stoiçkov isə 255 oyunda 117 qol vurub.

"Barselona"nın bütün zamanların ən yaxşı beş bombardiri sırasına qoşulmaq üçün Levandovskinin 130 qol vurması lazımdır ki, bu da Samuel Eto'o və Rivaldo ilə eyni rəqəmdir.

İlk üçlükdə Luis Suares (195), Sezar Rodriges (225) və Lionel Messi (672) yer alır.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
2
3
cebheinfo.az

4Источники