RU

Badamdarda sürüşmə - Kəmaləddin Heydərov əraziyə getdi...



Son günlər yağan intensiv yağışlardan sonra Badamdar yamacında sürüşmə sahəsində yaranmış aktivliklə əlaqədar Badamdar-20-ci Sahə avtomobil yolunda nəqliyyatın hərəkəti dayandırılıb, əraziyə müvafiq qurumların əməkdaşları cəlb olunub.

Fövqəladə Hallar Nazirliyindən (FHN) \verilən məlumata görə, bu gün səhər saatlarında fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov əraziyə baş çəkib.

Nazir yaranmış vəziyyətlə yerində tanış olub, məsələ ilə bağlı müvafiq qurumların rəsmiləri və mütəxəssislərlə fikir mübadiləsi aparıb, təklifləri dinləyib və aidiyyəti üzrə tapşırıqlar verib.

ZÜMRÜD

Избранный
4
44
baki-xeber.com

10Источники