RU

İranın “gizli şəbəkəsi” qəfil peyda oldu: konkret ölkələr hədəfdə – Mühüm məqamlar

İran bütün Avropada hibrid müharibəyə başlayır. 

"Yeni Sabah" Globalinfo.az-a istinadən xəbər verir ki, bu barədə “Financial Times” məlumat yayıb.

“Avropada son dövrlərdə vətəndaş obyektlərinə, o cümlədən Belçika, Niderland və Fransadakı sinaqoqlara və banklara hücumlar artıb. Bu hücumlara görə məsuliyyəti İrana bağlı olan “kölgə” qruplaşması Ashab al-Yamin öz üzərinə götürüb. Bu qrup bir aydan az əvvəl yaranıb.

Yaxın Şərqdəki konflikt fonunda bu hücumlar İranda Avropa boyunca başlanacaq “hibrid müharibə” tipli hücum kampaniyasının arxasında ola biləcəyi barədə narahatlıqlar yaradıb”.

Ekspertlərin sözlərinə görə, qrupun birdən ortaya çıxması qeyri-adi haldır:

“Qrupun qəfil ortaya çıxması göstərir ki, onun real, ciddi bir terror qrupu olduğu və oflayn və ya daxili strukturlara malik olduğu barədə ciddi şübhələr mövcuddur. Bu, İran kəşfiyyatının layihəsidir”.

Məlumata görə, hücumlarla bağlı artıq Avropanın müxtəlif ölkələrində bir neçə şübhəli saxlanılıb. Bunlar əsasən yeniyetmələrdən 23 yaşadək gənclərdir. Onların çoxu ehtimal ki, sosial şəbəkələr və mesajlaşma proqramları vasitəsilə cəlb olunub və tapşırıqları yerinə yetirmək üçün mükafat vəd edilib.

Hadisələrin əksəriyyəti hələlik əmlaka zərər vurmağa yönəlib, insanlara xəsarət yetirmək məqsədi daşımır.

Ekspertlər hesab edirlər ki, bu cür hərəkətlərin əsas məqsədi vəziyyəti qeyri-sabitləşdirmək və Avropa cəmiyyətlərində gərginlik yaratmaqdır”.


Telegram kanalımız
Избранный
13
1
yenisabah.az

2Источники