RU

Bu marşrutun hərəkət sxemi dəyişdirildi

Səbail rayonunun Badamdar qəsəbəsindən 20-ci sahə istiqamətinə (Cavidan İbrahimli küçəsi) gedən yolda nəqliyyat vasitələrinin hərəkətinə tətbiq edilən məhdudiyyətlə əlaqədar 53 nömrəli müntəzəm marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilib.

Bu barədə KONKRET.az-a Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən məlumat verilib.

Dəyişikliyə əsasən, marşrutun hərəkəti Badamdar qəsəbəsi – metronun “Elmlər Akademiyası” stansiyası – “Azneft dairəsi” – 20-ci sahə istiqamətində təşkil olunub.

Избранный
2
25
konkret.az

10Источники