RU

Premyer Liqa: “Qəbələ” “Kəpəz”i məğlub etdi

YEVLAX, 5 aprel. TELEQRAF
Azərbaycan Premyer Liqasının XXVI turunda “Kəpəz” və “Qəbələ” komandaları üz-üzə gəlib.

Teleqraf xəbər verir ki, Yevlax şəhər stadionunda baş tutan qarşılaşma “qırmızı-qaralar”ın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Baş hakim Vüqar Həsənlinin idarə etdiyi görüşün 74-cü dəqiqəsində qonaqların futbolçusu İsmael Akinade fərqlənib. 15 dəqiqə sonra isə Domi Massumo hesab arasındakı fərqi artırıb.

Bu nəticədən sonra Kaxaber Tsxadadzenin kollektivi 19 xalla turnir cədvəlinin 11-ci, Azər Bağırovun komandası isə 21 xalla 10-cu pillədə qərarlaşıb.

Qeyd edək ki, günün növbəti matçında “Neftçi” “Sumqayıt”ın qonağı olacaq. “Mehdi Hüseynzadə” adına Sumqayıt şəhər stadionunda keçiriləcək qarşılaşma saat 18:00-da start götürəcək.

Избранный
12
teleqraf.com

1Источники