RU

Fidan və Zelenski Dəməşqdə

Türkiyənin xarici işlər naziri Hakan Fidan aprelin 5-də işgüzar səfərlə Suriyaya gedib.

Musavat.com xəbər verir ki, bu barədə TRT Haber mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, Fidan səfər çərçivəsində ikitərəfli görüşlər keçirəcək. O, həmçinin Suriya prezidenti Əhməd əş-Şaraa və Ukrayna lideri Volodimir Zelenski ilə planlaşdırılan görüşdə iştirak edəcək.

Reuters agentliyinin məlumatına görə, Suriya prezidenti Əhməd əş-Şaraa ilə Zelenski arasında keçiriləcək danışıqların Yaxın Şərqdə davam edən müharibə fonunda əsasən müdafiə məsələlərinə həsr olunacağı gözlənilir.

Xatırladaq ki, Volodimir Zelenski aprelin 4-də Istanbul şəhərinə səfər edib və burada Türkiyə prezidenti Recep Tayyip Erdoğan ilə danışıqlar aparıb.

Şahanə Rəhimli
Musavat. com

Избранный
29
musavat.com

1Источники