RU

“Oyunda başverənlər heç ürəkaçan deyil” – Gülağa Cabbarov Əliyar Ağayevin idarəçiliyi haqda

Artıq üç gündü futbol ictimaiyyətinin prioritet mövzusu “Turan Tovuz” - “Zirə” matçındakı yaşananlardı. FİFA referisi Əliyar Ağayevin idarə etdiyi qarşılaşmada mübahisəyə açıq olan iki penalti epizodunun heç birində “nöqtə”ni göstərmədi. “Turan Tovuz”un rəhbəri Ehtiram Quliyevin oyunsonrası açıqlaması isə az qala ölkəni silkələdi.

Bəs həmin epizodlarda qayda pozuntususu var idimi? Veteran hakim, Azərbaycan hakim sexinin tanınan nümayəndələrindən biri Gülağa Cabbarovun “Football-plus.az”a açıqlaması:

“Oyunda başverənlər heç ürəkaçan deyil. Bütün yazılanlar mən də oxuyuram. Amma bizdə ənənə yaranıb - oyunlardan sonra AFFA Hakimlər Komitəsinin sədri şərh bildirir. Azərbaycan Futbol Hakimləri İctimai Birliyi olaraq, biz də açıqlama verəcəyik. Amma etik qayda kimi komitənin münasibətini gözləyirik”.

MÜZƏFFƏR QULUZADƏ
Избранный
24
1
football-plus.az

2Источники