RU

Tramp: ABŞ və İran aprelin 6-dək razılaşma əldə edə bilər

BAKI, 5 aprel. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp Vaşinqton və Tehran arasında sülh razılaşmasının yaxın günlərdə, hətta aprelin 6-dək əldə oluna biləcəyini bildirib.

Teleqraf xəbər verir ki, bu barədə "Fox News" məlumat yayıb.

Məlumata görə, jurnalist Trey Yinqst ABŞ prezidentinə istinadən bildirib ki, tərəflər hazırda danışıqlar aparır və razılaşmanın tezliklə əldə olunması üçün yaxşı şanslar var.

Tramp qeyd edib ki, əgər İran razılaşmaya getməsə, ABŞ daha sərt addımlar atmağı nəzərdən keçirəcək. Onun sözlərinə görə, belə halda İranın neft resursları üzərində nəzarətin ələ keçirilməsi variantı da gündəmdədir.

Избранный
19
teleqraf.com

1Источники