Gəncədə yeniyetmələr arasında cüdo üzrə Avropa Kuboku yekunlaşıb.
Apasport.az xəbər verir ki, Azərbaycan yığması Gəncə İdman Sarayında təşkil olunmuş yarışı 24 medalla başa vurub.
Turnirin son günündə Yusif Nəzər (73 kq) və Yaqub Məmmədov (81 kq) qızıl mükafat qazanıblar.
Sadıq Məmmədov (73 kq) gümüş, Akif Məmmədli (73 kq), Polad Həsənli, Amin Mehdiyev (hər ikisi 81 kq), Ömər Axundov, Nurəddin Əliyev (hər ikisi 90 kq), Hüseyn Hüseynov, Tamerlan Əliyev (hər ikisi +90 kq), Məsumə Məmmədli (70 kq) bürünc medalçı olublar. Xatırladaq ki, komandamız dünən yarışda 13 medal əldə etmişdi. Avropa Kubokunda 10 ölkədən 269 cüdoçu mübarizə aparıb.
Gəncədə kəmər dərəcələri üzrə imtahan keçirilib - FOTO
Avropa Kubokunda 11 ölkə iştirak edəcək
Cüdoçumuz Avropa Kubokunun qalibi olub
Gəncədə kəmər dərəcələri üzrə rəsmi imtahan keçiriləcək
Millimizin ilkin heyəti müəyyənləşib