RU

Bakı yağış suları ilə mübarizə aparırVİDEO

Yağış sularının çəkilərək ərazilərdən kənarlaşdırılması işləri davam etdirilir...

Xezerxeber.az xəbər verir ki, İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti paytaxtın müxtəlif ərazilərinin yağış sularından təmizlənməsi və axıntıların kollektorlara yönləndirilməsi istiqamətdə intensiv işlər görür.

Gün ərzində Bakı-Ələt-Qazax magistral yolunun 16-cı kilometrliyində yığılan yağış suları xüsusi nasoslar vasitəsilə ərazidən təmizlənib.

Puta gölünün leysan yağışlar zaman səviyəsinin qalxmasının öncədən qarşısını almaq məqsədilə diametri 1000 mm olan 20 paqon metr uzunluqda əlavə suötürücü dəmir - beton boru quraşdırılıb.

Heydər Əliyev prospekti ilə Ağa Nemətulla küçəsinin kəsişməsindəki tunelin kənarında yağış xəttinə nasos aqreqat quraşdırılmaqla yağıntı nəticəsində yığılmış su kənarlaşdırılıb.

Həmçinin Maştağa qəsəbəsində qəzalı, istisamara yararsız təxliyyə xətti Sabunçu rayon Sukanal İdarəsinin əməkdaşları tərəfindən aşkara çıxarılarılıb və 18 metrlik hissə bərpa edilib. Əraziyə yığılan yağış suları nasos vasitəsilə həmin xətlə kənarlaşdırılıb. 

İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən bildirilib ki, qurumun əməkdaşları tullantı və yağış xəttləri üzrə monitorinqlər aparır.

Həmçinin o da bildirilib ki, intensiv və normadan artıq yağan yağışlar zamanı tullantı su şəbəkəsi mövcud olmayan ərazilərdə subasma hallarına daha çox rast gəlinir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Избранный
32
xezerxeber.az

1Источники