RU

Dağıstanda daşqın nəticəsində bina uçub

Bakı. Trend:

Dağıstanın Maxaçqala şəhərində güclü yağışlardan sonra baş verəndaşqın nəticəsində çoxmənzilli yaşayış binası uçub.

Trend xəbər verirki, Qazoprovodnaya küçəsində yerləşən binanın bünövrəsi su iləyuyulub və bina şahidlərin gözü qarşısında çökməyə başlayıb.İçəridə insanların olduğu ehtimal edilir.

Fövqəladə Hallar Nazirliyinin əməkdaşları təxliyə vəaxtarış-xilasetmə işlərini davam etdirir. Şəhər meriyasındanbildirilib ki, azı daha dörd çoxmənzilli binanın uçma təhlükəsimövcuddur və artıq bu binalardan təxminən 300 nəfər təxliyə olunub.Maxaçqalada fövqəladə vəziyyət rejimi elan edilib.

Prokurorluq yaşayış binasının uçması faktı ilə bağlı yoxlamaaparır.

Regionda güclü yağışlar genişmiqyaslı daşqınlara səbəb olub.Dağıstanda 1000-dən çox ev hələ də su altında qalır, o cümlədənMaxaçqala, Dərbənd və Xasavyurt şəhərlərində binalara ciddi ziyandəyib.

Избранный
52
az.trend.az

1Источники