RU

Tramp İran barədə: “Silahları kürdlər götürdü, razılaşma isə 5 günə görə pozuldu”

ABŞ prezidenti Donald Tramp növbəti dəfə qalmaqallı açıqlamalarla gündəmə gəlib.

Musavat.com xəbər verir ki, Tramp həm etirazçılara göndərilən silahlar, həm də İranla danışıqların niyə pozulduğu barədə diqqətçəkən fikirlər səsləndirib.

Onun sözlərinə görə, ABŞ tərəfindən göndərilən silahların taleyi gözlənildiyi kimi olmayıb:

“Bizim etirazçılara göndərdiyimiz silahları kürdlər onlara vermədi və özlərində saxlayıb.”

Tramp eyni zamanda İranla aparılan danışıqların demək olar ki, razılaşma mərhələsinə çatdığını, lakin son anda prosesin dayandığını bildirib:

“ABŞ və İran razılaşmaya yaxın idilər. Biz əslində belə razılaşmaya yaxınlaşırdıq. Amma sonra onlar beş gün ərzində bizimlə görüşəcəklərini dedilər. Mən soruşdum ki, ‘Niyə beş gün ərzində?’ Onların ciddi olduğunu düşünmədim. Ona görə də körpüyə hücum etdim.”

Musavat.com

Избранный
43
musavat.com

1Источники