RU

Messinin şansı heç yoxdu?

Lionel Messinin DÇ-2026-da iştirak edib-etməyəcəyi ilə bağlı sual hələ də cavabsız qalır.

"Football-plus.az" xəbər verir ki, Argentina yığmasının kapitanı haqda “El Chiringuito” məlumat yayıb. “İnter Mayami”nin 38 yaşlı hücumçusunun milli komandanın yekun heyətinə daxil ediləcəyinə zəmanət verilmir. Əsas risk amilləri bir sıra zədələr və ulduz futbolçunun fiziki hazırlığına təsir göstərə biləcək yaşıdı.

Buna baxmayaraq, yığmanın baş məşqçisi Lionel Skaloni əvvəllər təcrübəli hücumçunun turnirdə iştirak etmək lehinə qərar verəcəyinə ümid etdiyini bildirmişdi.

2005-ci ildən milli komandada oynayan Messi ötən müddət ərzində meydana çıxdığı 198 matçda 116 qol vurub.

Избранный
17
2
football-plus.az

4Источники